Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

AFFA-dan adsız futbolçuya görə cəza

Baxılıb: 714     Tarix: 14-10-2022 16:13   

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 
Qanunvehedef.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının 11-ci turunun matçlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
“Qəbələ” – “Qarabağ” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 1600 manat cərimələnib. Qəbələ təmsilçisinin futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu üzündən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib. “Qəbələ” 1600 manat ziyana düşüb.
“Neftçi” – “Turan Tovuz” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə bakılılar 1600 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat ödəyəcək.
“Zirə” – “Şamaxı” görüşündə qonaqların futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması kluba baha başa gəlib. Şamaxı təmsilçisi 3000 manat cərimələnib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar