Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Hava hücumu xəbərdarlığı edildi, oyun yarımçıq dayandı

Baxılıb: 803     Tarix: 25-10-2022 08:05   

Futbol üzrə Ukrayna çempionatının 9-cu turunun “Krivbas” və Kirovoqrad vilayətinin “İnqulets” komandalarının qarşılaşması hava hücumu xəbərdarlığı səbəbindən dayandırılıb.
Qanunvehedef.az xəbər verir ki, Kiyevdəki “Olimpik” stadionunda baş tutan matç ilk hissə gedərkən yarımçıq qalıb.
Həmin vaxt hesab 0:0 olub. Daha sonra oyun qaldığı yerdən davam etdirilib və yekunda “Krivbas” 2:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, ötən gün Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Daha öncə də Ukraynada bir neçə futbol matçı oxşar xəbərdarlıqlara görə yarımçıq dayandırılmışdı və bir neçə cəhddən sonra sona çatdırılmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar