Xəbər lenti
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Argentinanı favorit hesab etmək yanlışdır” - Rəşad Sadıqov

Baxılıb: 326     Tarix: 25-11-2022 12:32   

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bildirib.
Qanunvehedef.az xəbər verir ki, o, qol.az-a müsahibəsində Kriştianu Ronaldo və Lionel Messinin mundialda çıxışından danışıb.
Sadıqov Argentinanın favorit hesab edilməsinin yanlış olduğunu deyib: “Bir az fərqli oyunlar oldu. Ronaldo daha yaxşı performans göstərdi. Amma bir şey var ki, komanda çox önəmlidir. Portuqaliya millisində usta futbolçuların sayı çoxdur.
Bir çox azarkeş və futbol ictimaiyyəti Argentinanı da favorit kimi görürdü. Bu, çox böyük yanlışlıqdır. Argentinanın kollektivi digər favorit milli komandalarla müqayisədə çox geri qalır. Sanki Messinin oyunu da istədiyi kimi alınmadı. Amma matçın çox erkən saatlarda keçirilməsi oyunun gedişatına təsir etdi. Çünki ilk hissədə aşkar üstün bir Argentina olsa da, ikinci yarıda sanki komandada halsızlıq yarandı, dinamikaları aşağı düşdü. Mən bunu oyunun erkən saatda keçirilməsi ilə əlaqələndirirəm. Qətərdə günorta saatlarında futbol oynamaq çətin məsələdir. Bu, Argentina yığmasında özünü daha çox büruzə verdi”.
Gənc məşqçi dünya çempionluğuna əsas namizəd kimi gördüyü komandanı da açıqlayıb: “İlk turdan sonra aşkar favorit Braziliya millisidir. Bunu mundialdan əvvəl də proqnozlaşdırmaq olurdu. İndi oyunlarına baxdıqdan sonra da buna əmin oldum. İlk turdan sonra Braziliya və İspaniya millisi favorit kimi göstərilə bilər. Erkən qarşılaşmasalar, finalda bu iki komandanı görürəm. Ancaq mən bilən bu final alınmaya da billər. Çünki 1/4 finalda üz-üzə gələ bilərlər.
Braziliyanın heyəti çox geniş və təcrübəlidir. Bəlkə də, dünya çempionatında ən geniş heyət onlardadır. Demək olar ki, bütün futbolçuları klublarının aparıcı üzvləridir. Bu, onlara üstünlük verir. Neçə illərdir ki, eyni məşqçi ilə işləyirlər. Bir-birlərinə yaxşı adaptasiya olublar. İlk oyundakı əhval-ruhiyələrindən bilindi ki, mundiala böyük motivasiya ilə gəliblər. Çünki xeyli vaxtdır dünya çempionu ola bilmirlər. İndi isə çempion olmağa kökləniblər”.шаблоны для dle 11.2