Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ” Azərbaycanda son 10 ilin ən stabil klubudur - FOTO

Baxılıb: 503     Tarix: 01-03-2023 12:55   

Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi (CIES) dünyanın 75 ölkəsinin liqalarında heyəti ən stabil olan klubların siyahısını açıqlayıb.
Araşdırmaya Azərbaycan Premyer Liqası da daxil edilib. Son 10 ilin yekunlarına əsasən, ölkəmizdə ən stabil klub “Qarabağ”dır. Ağdam təmsilçisi bu müddət ərzində 111 futbolçunun xidmətindən yararlanıb. İkinci “Neftçi” 150 oyunçuya güvənibsə, 3-cü “Qəbələ”də bu say 154-dür. 10 ilin yekunlarına əsasən, “Sumqayıt” 161 futbolçu ilə 4-cü, “Şamaxı” 181 oyunçu ilə 5-cidir. Digər klubların elitada çıxışı 10 ili tamamlamadığı üçün bu siyahıya düşməyiblər.
5 illik periodda sıralama bir qədər fərqlidir. “Qarabağ” yenə stabilliyi ilə diqqət çəkib - 67 futbolçu. Ancaq ikinci yerdə “Qəbələ”dir. “Qırmızı-qaralar” 74 oyunçunun xidmətinə ehtiyac duyub. 3-cü olan “Neftçi”də bu say 87-dir. “Sumqayıt” 88, “Səbail” 102, “Zirə” 104, “Şamaxı” 107 oyunçuya ehtiyac duyub.
Son 1 ilə əsasən isə heyəti ən stabil Premyer Liqa komandası “Qəbələ”dir - 30 futbolçu. “Sabah” 33 oyunçuya güvənib. “Zirə” 34 futbolçu ilə ilk üçlüyü qapayıb. “Qarabağ”da bu say 35, “Neftçi”də 36-dır. “Sumqayıt”, “Səbail” və “Şamaxı” müvafiq olaraq, 41, 42 və 46 futbolçu ilə növbəti sıralarda qərarlaşıb. “Turan Tovuz”la “Kəpəz” bu mövsümün əvvəlindən elitada iştirak etdiklərindən siyahıdan kənar qalıblar.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar