Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazandı

Baxılıb: 609     Tarix: 13-03-2023 12:27   

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. 
Qanunvehedef.az xəbər verir ki, yubiley Premyer Liqanın XXVI turuna təsadüf edib.
“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyiblər. Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıblar. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.
Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar