Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qarabağ”ın matçına biletlər tükənir

Baxılıb: 841     Tarix: 06-08-2024 13:19   

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.
Qanunvehedef.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq matça 25 min 500 bilet satılıb.
Bildirilib ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunub.
Avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar