Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Qarabağ"da daha bir itki

Baxılıb: 856     Tarix: 11-12-2024 12:44   

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Elfsborq"un (İsveç) qonağı olacaq "Qarabağ" daha bir itki ilə üzləşib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müdafiəçi Bəhlul Mustafazadə məşq zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Daha əvvəl isə "Qarabağ"ın digər mərkəz müdafiəçisi Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin oyunu buraxacağı məlum idi.
Qeyd edək ki, "Elfsborq" – "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar