Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mourinyo onu razı salmağa çalışır

Baxılıb: 698     Tarix: 28-12-2024 11:36   

İstanbul təmsilçisi “Fənərbaxça” “Çelsi”nin hücumçusu Joao Feliks ilə maraqlanır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin məlumatına görə, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in yarımmüdafiəçisi Anderson Talişkanı yox, Feliksin icarəyə götürülməsini istəyir.
Bildirilib ki, “Fənərbaxça”nın idman direktoru Mario Branko artıq londonluları futbolçunu icarəyə götürmək imkanları barədə məlumatlandırıb.
Mourinyonun da Joao Feliksi razı salmağa çalışdığı qeyd edilir.
Portuqaliyalının “Çelsi”də aldığı oyun müddətindən narazı olduğu, transferə müsbət yanaşdığı vurğulanır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən yay “Çelsi”yə keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Feliks Premyer Liqada bu mövsüm 9 matçda 293 dəqiqə meydanda olub, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 30 milyon avrodur.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking