Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanlı iş adamı Ukraynanın ən varlı biznesmenləri siyahısında

Baxılıb: 1 198     Tarix: 01-11-2019 14:20   

Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev bu ölkənin ən varlı biznesmenləri siyahısına düşüb.
“Report” xəbər verir ki, 385 milyon dollar var-dövlətə malik olan V.Əliyev Ukraynanın ən zəngin iş adamları siyahısında 18-ci yeri tutub.
Əlli nəfərin daxil olduğu siyahıya biznesmen Renat Axmedov başçılıq edir. Onun var-dövləti 9 milyard 629 milyon dollar səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, Ukrayna vətəndaşı olan Əliyev Vaqif Əhməd oğlu 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olub. 1982-ci ildə valideynləri ilə birlikdə Rusiyanın Kislovodsk şəhərinə köçüb. Onun yeniyetmıə yaşlarından ticarətlə məşğul olduğu, 18 yaşında özünə mənzil və avtomobil aldığı da bildirilir.
V.Əliyev “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. Evli olan iş adamının Natella Krapivina və Alina Əliyeva adlı iki qızı var.
O, 2020-ci ilin sonunadək Ukraynada 9 iri ticarət mərkəzi açmaq istədyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar