Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Polşadan Rusiyaya zərbə: Rus qazının tranziti dayandı

Baxılıb: 788     Tarix: 16-05-2020 11:02   

Polşa Rusiya ilə ölkə ərazisindən rus qazının Avropaya tranzitinə izn verən razılaşmanın müddətini uzatmaqdan imtina edib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb. Agentlik razılaşmanın mayın 17-də bitəcəyini bildirib. Bunun sayəsində Rusiyanın Avropaya qaz çatdırmaq üçün istifadə etdiyi əsas marşrut olan “Yamal-Avropa” kəmərinin tam gücü ilə işləməyəcəyi bildirilib.
Bununla belə Rusiyanın bu kəmər vasitəsilə Almaniyaya qaz tədarük etmək imkanlarının qalacağı bildirilib. Lakin bunun üçün Moskvanın Polşanın “Qaz Sistem” operatorundan auksionlarda qısa müddətli tranzit gücü sifariş etmək məcburiyyətində olacağı vurğulanıb.
Qeyd edək ki, tərəflər arasında tranzitə dair müqavilə 1996-cı ildə bağlanmışdı. Müqaviləyə əsasən, bu kəmər vasitəsilə Polşaya 10 milyard kub metr, Almaniyaya isə 30 milyard kub metrə yaxın qaz tədarük olunurdu. Varşava artıq 2022-ci ilə qədər Rusiyadan qaz alışını dayandıracağını açıqlayıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar