Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Kartaş” Ordumuza Dəstək Fonduna 100 min köçürd

Baxılıb: 825     Tarix: 30-09-2020 10:41   

İşğalçı Ermənistan ordusunun 27 sentyabrda baş vermiş növbəti hücumundan sonra şanlı Azərbaycan ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Qəhrəman Ordumuz zəfərlər qazanaraq irəliləyir; hərbçi və mülki vətəndaşlarımız arasında şəhidlərimiz, yaralılarımız, dağıntılar var. Bu gün “Kartaş Mr. FİX" şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yayıb. O, bu addımı yüksək qiymətləndirib:
“Hazırkı vaxtda hər kəs bacardığı şəkildə, imkanı və gücü çatan dərəcədə ordumuzun yanında olmalı, qələbəyə öz töhfəsini verməlidir. Bu mövzuya mən də bir neçə dəfə media açıqlamamda toxunmuşdum. Çox şadam ki, belə çağırışlara operativ və olumlu cavab verən şirkət, holdinq rəhbərlərimiz var”.
Millət vəkili digər iş adamlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırırıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar