Dünyada ərzaqın qiyməti kəskin qalxıb - 155 milyon insan isə aclıq çəkir
Baxılıb: 408 Tarix: 07-05-2021 10:06
Dünyada ərzaqın qiyməti 2021-ci ilin aprelində də artmaqda davam edib - artıq dalbadal olaraq, onbirinci aydır ki, qiymətlər qalxır, əsasən şəkərin qiyməti.
Bu göstəricini Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) qeydə alıb.
«FAO-nun ərzaq qiymətləri indeksinin orta qiyməti apreldə 120,9 bənd təşkil edib ki, bu da mart ayı göstəricisi ilə müqayisədə 1,7 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 30, 8 faiz yüksəkdir. Bu indeksin qiyməti ən çox işlənən ərzaqların qiymətlərində hər ay artımın baş verdiyini izləməyə imkan verir ki, bu, 2013-cü ilin ən yüksək göstəricisinə çatr…» - təşkilatın xəbərində deyilir.
FAO xüsusilə qeyd edir ki, şəkərin qiymət indeksi ay ərzində ötən ayla müqayisədə 3,9 faiz artıb.
Bitki yağlarının qiymət indeksi apreldə 1,8 faiz yüksəlib - palma yağının beynəlxalq katirovkasının artması hesabına.
Bundan başqa, təşkilat bildirir ki, ətin qiymət indeksi mart səviyyəsi ilə müqayisədə 1,7 faiz artacaq, dənli bitkilərin qiymət indeksi apreldə 1,2 faiz, süd məhsullarının indeksi isə martla müqayisədə 1,2 faiz yüksəlib.
Bu gün KİV-in yaydığı başqa bir informasiyada isə deyilir ki, dünyada 155 milyon insan kəskin aclıq keçirir: «Ötən il münaqişələr, COVİD-19 pandemiyasının fəsadları, əlverişsiz hava şəraiti azı 155 milyon insanın kəskin aclıq keçirməsinə səbəb olub. Bu il üçün proqnozlar eyni dərəcədə kəskindir və pisdir…» - «Azadlıq» radiosu xəbər verir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər