Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanda iqtisadi artım gözlənilir - Dünya Bankı proqnozlarını açıqladı

Baxılıb: 472     Tarix: 09-06-2021 12:26   

Dünya Bankı bildirir ki, Avropa və Mərkəzi Asiya koronavirus pandemiyası ilə çarpışmaqda davam edir və bu, regionun iqtisadi proqnozlarına ciddi təsir göstərir.
Bankın 8 iyunda yaydığı hesabatda deyilir ki, regionun 23 ölkəsində 2021-ci ildə 3.9 faiz iqtisadi artım gözlənilir. Bu ölkələrin arasında Azərbaycan da var. Hesabatda qeyd olunur ki, 2021-ci ildə artım ixracın, xammal və materialların qiymətlərindəki bahalaşma hesabına əldə olunacaq. Bununla belə Dünya Bankı xəbərdarlıq edir ki, vaksinasiya kampaniyalarındakı fasilə və qeyri-ardıcıllığa görə ümumi proqnoz qeyri-müəyyən olaraq qalır.
Hesabatda deyilir ki, pandemiya daha uzun müddətdə davam edərsə, xarici maliyyələşdirmə sərtləşə, siyasət qeyri-müəyyənliyi və geosiyasi gərginlik daha da arta bilər. Sənəddə qeyd olunur ki, 2021-ci ildə COVİD-19-a yoluxmaların artması bir çox ölkələrin dirçəlişini ləngidib.
Dünya Bankı habelə vurğulayır ki, valyutaların son vaxtlarda ucuzlaşması qiymətlərin yüksəlişinə səbəb olub.
Bununla yanaşı regionun bir sıra ölkələri hələ də sovet zəmanəsindən qalma planlaşdırma sisteminin təsirindən tam xilas ola bilməyiblər. 
Hesabatda deyilir ki, söhbət xüsusilə də Ermənistan, Belarus, Gürcüstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ukraynadan gedir.
Dünya Bankının təxminlərinə görə 2021-ci ildə Rusiyada 3.2 faiz iqtisadi artım gözlənilir. Qərbi Balkanlarda bu rəqəm 4.4 faizə çata bilər.
Bu regionda ən zəif iqtisadi inkişaf Mərkəzi Avropada müşahidə olunur. Bu bölgədə 2021-ci il üçün iqtisadi artımı 1.9 faiz civarında proqnozlaşdırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar