Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların idxalını kəskin artırıb

Baxılıb: 583     Tarix: 17-06-2021 10:17   

Bu ilin yanvar-may aylarında Azərbaycan 8,677 milyon ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,768 milyon ABŞ dolları (76,8 %) çoxdur.
Beş ay ərzində Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr ixracının dəyəri isə 88,657 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 23,298 milyon ABŞ dolları (35,6 %) çoxdur.
Hesabat dövründə təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr üzrə idxal Azərbaycanın ümumi idxalının 0,2 %-ni, ixracın isə 1,19 %-ni təşkil edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar