Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycan tütün idxalına çəkdiyi xərci 22 %-dən çox artırıb

Baxılıb: 379     Tarix: 23-08-2021 10:45   

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 56,577 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,523 milyon ABŞ dolları (22,8 %) çoxdur.
Yeddi ay ərzində Azərbaycanın tütün və tütünün sənaye əvəzediciləri ixracının dəyəri isə 4,511 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,057 milyon ABŞ dolları (40,4 %) azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,9 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}