Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Banklar qarşısında yeni tələblər qoyulur

Baxılıb: 775     Tarix: 08-12-2022 13:12   

Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik təklif edilir.
Təklif olunan dəyişikliyə əsasən, qanunun 42-ci maddəsi yeni redaksiyada verilir və maddəyə yeni bənd (42.3) əlavə olunur.
Yeni bəndə əsasən, uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.
Dəyişiklik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar