Neft qiymətləri ucuzlaşıb
Baxılıb: 514 Tarix: 29-12-2022 10:35
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Qanunvehedef.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,5 dollar azalaraq 82,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,54 dollar ucuzlaşaraq 78,42 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,39 dollar artaraq 87,73 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
Ən çox oxunanlar
Son xəbərlər