Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Azərbaycandakı inflyasiya idxal edilib”

Baxılıb: 729     Tarix: 17-03-2023 12:15   

“2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz olub. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib”. 
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı deyib.
Baş nazir qeyd edib ki, idxal edilən məhsulların illik qiymət indeksinin artımı 22 faizdən çox olub: “Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır. Buna baxmayaraq yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar