Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABB-nin Əhmədli filialı fəaliyyətə başladı

Baxılıb: 756     Tarix: 02-06-2023 17:38   

Müştərilərə maksimum əlçatan olmaq üçün ABB xidmət şəbəkəsinin inkişafını uğurla həyata keçirir. Filialların ofisləri Bankın yeni brend kimliyinə uyğun qurulur. Həmçinin yeni filiallar yaradılır. Bu prosesin davamı kimi ABB-nin Əhmədli filialı fəaliyyətə başlayıb. Filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi - 155 ünvanında müştərilərə xidmət göstərir.
Filialın binası Bankın yeni konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Əhmədli filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar