Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Anesteziya bədənimizə necə təsir edir

Baxılıb: 1 063     Tarix: 27-04-2019 09:07   
Aparılan son araşdırmalara görə, bədənimizdəki təbii axını istiqamətləndirən müxtəlif anesteziya dərmanları yatmamızı təmin edir.
Ümumi anesteziya, bundan 170 il əvvəl kəşf edildiyindən bu yana açıq əməliyyatların asanlıqla, xəstə ağrı hiss etmədən keçirilməsini təmin edib bir çox həyatın xilas olmasını təmin edir.
Qanunvehedef.az deyerler.org-a istinadən bildirir ki, yeni aparılan araşdırma ilə birlikdə anesteziyanın bədənimizə necə təsir etdiyi ortaya çıxdı. Araşdırmaçılar, beynin hormon ifraz etmək və bədən funksiyalarından məsul kiçik bir qisimindəki axını araşdırdılar.
Nəticələrə görə hormonlar, ümumi anesteziya vəziyyətinin qorunmasında rol oynayır və yeni dərmanların, daha az əks təsirə sahib olacaq formada çıxarılmasını təmin edir.
1846-cı ildəki ilk ümumi anesteziyadan bu yana araşdırmaçılar, anesteziya müddətinin necə işlədiyini şərh etməyə çalışırlar. Daha əvvəlki nəzəriyyələr, beynin normal fəaliyyətlərinin dayandığını, buna görə də hərəkət etmədiyini və ağrı hiss etmədiyini iddia edirdi. Bənzər bir yanaşmanın yuxu üçün də qarşıya qoyulmasına baxmayaraq yuxunun çox daha aktiv bir müddət olduğu sonralar ortaya çıxdı.
Dyuk Tibb Məktəbinin professoru Fen Vanq və tələbəsi Li-Fenq Cianq-Si, anesteziya üçün də bənzər bir vəziyyət olub olmadığını maraqlandı.
Qrup, yeddi fərqli lakin sıx istifadə edilən anesteziya dərmanı istifadə edərək bir siçana anesteziya tətbiq etdi. Daha sonra da molekulyar işarəçilər istifadə edərək aktivləşən neyronları izlədilər.
Nəticə olaraq, beynin supraoptik nüvə deyilən bir qisimində iştirak edən neyronların bədənə hormon ifraz etdiyini və aktivləşdiyini kəşf etdi.
Xüsusilə Alzheimer xəstələri başda olmaq üzrə bir çox insan, mənfi təsirlərə sahib dərmanlar qəbul etmədən yatmaqda çətinlik çəkir. Bu sinir hüceyrə yığınını xəbərdar etmənin yolunu tapmaq, bu xəstələrə də köməkçi ola bilər.
Araşdırma və nəticələri Neuron jurnalında nümayiş olundu.шаблоны для dle 11.2



Ən çox oxunanlar