Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Baxılıb: 1 033     Tarix: 29-09-2025 13:32   
   

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən bu gün, bütün Azərbaycan xalqının qəhrəmanlıq yolu, milli birlik və zəfər ruhunu əks etdirir.
Daha sonra məktəbin müəllim və şagird kollektivi çıxış ediblər. 
Qeyd edək ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində Şəhidlərimizin qanı bahasına əldə edilən Qələbənin  
 5-ci ili 13 nömrəli Uşaq Musiqi Məktəbi üçün həm də başqa əhəmiyyətli tarixlərlə əlamətdardır. Belə ki, bu il məktəbin yaranmasından 90 il,  müəssisəyə Səid Rüstəmovun adının verilməsindən isə 40 il ötür.  


  

Qanunvehedef.az



{sape_links}{sape_article}