Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin italiyalı generalla görüşdü - Foto

Baxılıb: 1 005     Tarix: 20-09-2024 14:10   

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin İtaliyaya rəsmi səfəri davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində K.Vəliyev bu ölkənin hazırda Silahlanma üzrə Baş direktoru vəzifəsində xidmət edən general-leytenant Luçano Portolano ilə görüşüb.
General-polkovnik K.Vəliyev general-leytenant L.Portolanonu İtaliya Silahlı Qüvvələrinin Baș Qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edib, ona  yeni vəzifəsində uğurlar arzulayıb.
Görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Sonra İtaliyanın Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən Azərbaycan hərbi nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.




Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar