Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nazirdən xalqa müraciət: Lənət oxuyacaqlar...

Baxılıb: 620     Tarix: 03-10-2018 14:36   

Dünyada qloballaşma gedir. Rep kimi dünyanın müasir musiqiləri hər tərəfdən gənclərimizin beyninə daxil olur.
Report xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.
O bildirib ki, aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsinin Azərbaycan üçün xüsusi yeri və əhəmiyyəti var:
“Biz buna nail olduq. Ancaq gəlin baxaq, cəmiyyətin şüurunda, əhalinin gündəlik fəaliyyətində aşıq sənəti lazımi şəkildə qorunurmu? Məktəblərdə lazımi qədər tədris olunurmu? Aşıq sənəti yeni gənclərin ora cəlb olunması ilə inkişaf edir. Bütün işi Mədəniyyət Nazirliyinin çərçivəsində olan musiqi məktəblərinin üzərinə qoymaq düzgün deyil. Bu, cəmiyyətin işidir. Bütün sahələr vahid bir siyasəti həyata keçirməlidirlər. Biz necə edək ki, muğamımız, aşıq musiqimiz, mətbəximiz yaşasın?”
Nazir bildirib ki, dünyada ideoloji müharibə gedir: "Biz yeni dünyada yaşadığımızı dərk etməliyik. Dünyada ideoloji müharibə gedir və bu müharibədə zəiflər məğlub olur. Xalq qloballaşmanın qarşısına öz sərvətini qorumaq üçün güclü amil qoymalıdır. Hər bir ictimai qurum, hər bir məktəbdə, müəllimin sinifdə tədris etdiyi bütün proqramlarda Azərbaycan xalqının sərvətlərinin böyük əhəmiyyət kəsb etməsi haqqında daim tərbiyə işi getməlidir. Biz bu yeni dünyada sərvətləri qoruyub növbəti nəsillərə sağlam təqdim edə bilməsək, onda bizim nəslə gələcəkdə lənət oxuyacaqlar. Mən bu sözümü hüquq-mühafizə orqanlarından tutmuş biznesmenlərə qədər ünvanlayıram. Əgər Azərbaycanı qorumaq istəyiriksə, bu müharibəyə hərəmiz bir əsgər kimi getməliyik".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar