Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İraq generalı ABŞ-a qarşı: Qırğını onlar başlatdı

Baxılıb: 737     Tarix: 12-05-2018 12:34   

İraqdakı böhranlar və dinlərarası, təriqətlərarası nifaqa görə məsuliyyətin böyük hissəsi ABŞ-ın payına düşür.
Qanunvehedef.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində İraqın keçmiş müdafiə naziri Xalid əl-Übeydi deyib.
“Məhz onlar dini kvotalar əsasında ilk dəfə hökumət formalaşdırmağa başladılar. ABŞ-ın İraqdakı müvəqqəti administrasiyasının rəhbəri Pol Bremerin zamanında sünnilərə 5, şiələrə 11, kürdlərə isə 7 nazirliyin verilməsi haqqında qərar verildi. Bu, dini və milli parçalanmanın əsasını qoydu”, – deyə o bildirib.
Qeyd edək ki, Übeydi İraqdakı parlament seçkisinin əsas lideri sayılan Nəsr Koalisiyasına daxildir. Bu koalisiyaya hazırkı Baş nazir Heydər Abadi rəhbərlik edir. Koalisiya tərkibində həm sünni, həm də şiələri birləşdirir. Übeydi sünnilər arasında nüfuzlu şəxs hesab edilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar