Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Səməd Seyidova qarşı tətbiq edlən sanksiya çox ədalətsizdir" - ATƏT PA-nın vitse-prezidenti

Baxılıb: 666     Tarix: 21-05-2018 11:07   
"Hesab edirəm ki, AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq etdiyi sanksiya çox ədalətsizdir. Heç bir əsasa söykənmir və mən bunu qərəzli mövqe hesab edirəm".
 
 
 
APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.
 
 
 
A. Quliyev bildirib ki, hazırlanmış hesabat özü ziddiyyətlərlə doludur: "Şəxsən Səməd Seyidovun korrupsiya məsələsində rolunu sübut  edəcək bir dəlil yoxdur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda  öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə addım atılmamalıdır".
 
 
 
Azərbaycanın AŞPA-dan çıxma ehtimalının olub-olmadığına münasibət bildirən A. Quliyev deyib ki, Azərbaycan qurumun ən fəal üzvüdür: "Hesab etmirəm ki, olanlarla bağlı Azərbaycan Avropa şurasından çıxsın. Azərbaycan qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edən ölkələrdən biridir. Azərbaycanın dairələrin təzyiqi altında, onların provokativ istəyi ilə  öz qərarına yenidən baxmaq, AŞPA-dan çıxmaq kimi niyyəti yoxdur və olmamalıdır. Ola bilsin ki, buna cəhd edənlər var. Bu cür layihələrin arxasında duran əsas məkrli planlar odur ki, Azərbaycan və Avropa arasında münasibətlər korlansın, Avropa ilə əməkdaşlığa müəyyən xələl gətirilsin. Nəzərə alınmalıdır ki, bu gün Azərbaycan Avropa İttifaqı  və Avropanın əsas ticarət tərəfdaşıdır, Avropanın alternativ enerji ilə təmin olunmasında mühüm rol oynayır, ölkəmizdə TAP, TANAP,  Bakı-Tbilisi-Qars kimi layihələr icra olunur. Belə olan halda hamıya bəllidir ki, bu məkrli işlərdə kim maraqlıdır".
 
 
 
Azərbaycan nümayəndə heyətinin rəhbərinin dəyişdirilməsi məsələsinə münasibət bildirən A.Quliyev deyib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun istefa verməsini mənəvi baxımdan düzgün hesab etmir.
 
 
 
A.Quliyev qeyd edib ki, qərarın bütövlükdə ədalətsiz, qərəzli, haqsız olduğunu  bilərək nümayəndə heyətinin dəyişdirilməsi  düzgün olmaz: "Siyasi baxımdan isə vəziyyətin, yanaşmanın necə olacağını Səməd Seyidov və Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir.
 
 
 
Mənim fikrimcə, bu, Səməd Seyidova haqsızlıqdır və onu nümayəndə heyəti rəhbərindən uzaqlaşdırmaq düzgün olmaz".
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar