Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

DİN 3 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

Baxılıb: 627     Tarix: 22-05-2018 13:41   

Daxili İşlər Nazirliyi Bakıda 3 nəfərin ölümünə səbəb olan partlayışla bağlı məlumat yayıb. Qanunvehedef.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Əyyub Haqverdiyevə məxsus ümumi sahəsi 15-20 kvm. olan taxta kostruksiyalı çay evində qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib.
 
Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, çay evində olan Şəki rayon sakini Söhrab Saadov və Sumqayıt şəhər sakini Gülənaz İbrahimova hadisə yerində ölüb, Gəncə şəhər sakini Natiq İbrahimov və Abşeron rayon sakini Şəkər İbrahimova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
 
N.İbrahimov orada ölüb, Ş.İbrahimovanın vəziyyəti orta-ağırdır.
 
Araşdırma aparılır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar