Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürdü

Baxılıb: 696     Tarix: 02-10-2019 11:18   

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, hakim Namiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Bahadur Cəfərov barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
O, cinayət məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bahadur Cəfərov 16 il müddətinə azadlıqdan məhrum edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar