Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəstə məmnuniyyəti və həkim əməyinə verilən yüksək qiymət – Sultanova Kamələ Kamil qızından təşəkkür

Baxılıb: 9512     Tarix: 16-11-2026 12:43   


Xırdalan şəhəri, Cavid Novruz küçəsi 71 ünvanında yaşayan Sultanova Kamələ Kamil qızı müalicə aldığı “Türk MED Medikal Center” klinikasının həkimi Fərid Məmmədova göstərdiyi yüksək peşəkarlığa, diqqətə, qayğıya və humanist münasibətə görə səmimi minnətdarlığını bildirir.


Kamələ Sultanovanın sözlərinə görə, sağlamlığın qorunması və xəstələrin müalicəsi böyük məsuliyyət, dərin bilik, təcrübə və xüsusi həssaslıq tələb edən bir sahədir. Bu baxımdan, müalicə müddətində həkim Fərid Məmmədovun ona göstərdiyi diqqət, xəstə ilə ünsiyyətdə nümayiş etdirdiyi nəzakət, qayğıkeşlik və peşəkar yanaşma onda böyük razılıq və məmnunluq yaradıb.


O qeyd edir ki, həkimin xəstəyə yalnız tibbi yardım göstərməsi deyil, eyni zamanda onunla səmimi ünsiyyət qurması, səbrlə yanaşması, ruh yüksəkliyi verməsi və xəstənin özünü güvəndə hiss etməsinə şərait yaratması da müalicə prosesində mühüm əhəmiyyət daşıyır. Fərid Məmmədovun bu keyfiyyətləri onun bir həkim kimi peşəkarlığını və insanlara olan diqqətini bir daha nümayiş etdirir.


Kamələ Sultanova hesab edir ki, həkimlik yalnız bir peşə deyil, həm də böyük vicdan, məsuliyyət və insan sevgisi tələb edən müqəddəs bir missiyadır. İnsanların sağlamlığı naminə çalışan, öz bilik və bacarığını onların rifahına həsr edən həkimlər hər zaman hörmətə və yüksək qiymətə layiqdirlər.


Sultanova Kamələ Kamil qızı ona göstərilən tibbi xidmətə, diqqət və qayğıya görə həkim Fərid Məmmədova bir daha dərin təşəkkürünü bildirir, ona çətin və məsuliyyətli fəaliyyətində möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək işlərində davamlı uğurlar arzulayır.


“İnsan sağlamlığı üçün çalışan, öz peşəsini vicdanla yerinə yetirən və xəstələrinə qayğı ilə yanaşan həkimlər hər zaman minnətdarlıqla xatırlanırlar. Fərid həkimə göstərdiyi diqqət və peşəkar münasibətə görə ürəkdən təşəkkür edirəm. Arzu edirəm ki, daim insanların sağlamlığına qovuşmasına və sevincinə vəsilə olsun!”



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar