Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Baxılıb: 980     Tarix: 16-11-2026 16:23   

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Qanunvehedef.az xəbər verir ki, H.Hacıyev bu barədə X sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin inkişaf etdirilməsinin zəruriliyi müzakirə olunub.

Görüşdə H.Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.

Həmçinin Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.





{sape_links}{sape_article}