Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Baxılıb: 994     Tarix: 13-11-2026 11:31   

Qadınları fahişəliyə cəlb edən və evini əxlaqsızlıq yuvasına çevirən ahıl kişi cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşlarının Biləsuvarda keçirdiyi əməliyyatla şəhər sakini 1955-ci il təvəllüdlü R.Kərimov (şərti) saxlanılıb.

Əməliyyat vaxtı onun evində kənar şəxslər də aşkar edilib.

Faktla bağlı R.Kərimov barəsində Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvası saxlama) maddələri ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Kərimovun ailə üzvləri Bakıda yaşayır. O, Biləsuvarda tək yaşadığı evdə qonşuluqda yaşayan qadını fahişəliyə cəlb edərək başqa şəxslərlə görüşdürüb. Bunun müqabilində 10 manat pul alıb.

R.Kərimov ifadəsində bildirib ki, qonşuluqda yaşayan həmin qadının anasının ona xeyli borcu var və bu məsələ ilə bağlı söhbət etmək məqsədilə onu evinə dəvət edib.

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ahıl kişi qeyd edilən maddələr üzrə təqsirli bilinib.

Ona 3500 manat pul cəriməsi və qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.

Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar