Şüvəlan qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilib

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalini narahat edən məsələlərin yerində öyrənilməsi və vətəndaş müraciətlərinin operativ həlli məqsədilə qəsəbələrdə sakinlərlə səyyar görüşlərin keçirilməsi davam etdirilir.
Bu çərçivədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 11 noyabr 2026-cı il tarixində Şüvəlan qəsəbəsində yerləşən Gənclər Evində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Qəbulda RİH başçısının müavinləri və Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüş zamanı sakinlərin müraciət və təklifləri diqqətlə dinlənilmiş, onları narahat edən sosial və məişət məsələləri ətrafında müzakirələr aparılmışdır. Qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması, həlli istiqamətində zəruri tədbirlərin görülməsi və müraciətlərin operativ icrası məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin problemlərinin birbaşa dinlənilməsi və onların həlli istiqamətində yerində tədbirlərin görülməsidir.
Qəni Hüseynov





















