Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!

Baxılıb: 922     Tarix: 13-11-2026 16:12   

Rusiya Finlandiyanın NATO-dan çıxmasını və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsini tələb edir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Yeni Avropa təhlükəsizlik nizamı ilə bağlı sərt şərtlər Rusiya nümayəndələri tərəfindən müharibənin dayandırılmasına dair qeyri-rəsmi danışıqlarda irəli sürülüb. Bu şərtlər həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib. Moskva Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamağı və Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası istəyir.

Bundan əlavə, Rusiyanın planı NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, eləcə də Finlandiyanın Alyansdan çıxmasını nəzərdə tutur. Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq statusu almalı və NATO-ya üzvlükdən imtina etməlidir. Lakin ölkənin AB-yə üzvlüyü istisna edilmir. Ukraynanın Odessa və Nikolayev limanlarının hərbi-dəniz bazaları kimi istifadəsinin qarşısını almaq üçün onların demilitarizasiya edilməsi, həmçinin Qara və Baltik dənizlərində sərbəst gəmiçiliyin təmin edilməsi ilə bağlı razılaşmaların əldə olunması nəzərdə tutulur.

Rusiyanın tələbləri Moldova ilə bağlı məsələləri də əhatə edir. Rusiya Moldovanın muxtar Qaqauziya və tanınmamış Dnestryanı bölgə ilə birgə federativ respublikaya çevrilməsini təklif edir. Moldovanın AB-yə üzv olması halında Dnestryanı və Qaqauziya bölgələrinə müstəqilliklə bağlı referendumlar keçirmək imkanı verilməlidir. Bunun müqabilində Rusiya nüvə silahlarını Belarusdan çıxarmağı və orada orta mənzilli raketlər yerləşdirməkdən imtina etməyi təklif edir. Eyni zamanda, Moskva Dnestryanı bölgədən qoşunlarını çıxarmağa hazırdır”, - məlumatda deyilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar