Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ofeliya Sənaninin səhhəti ilə bağlı - Son xəbər

Baxılıb: 603     Tarix: 07-10-2019 10:44   
Ofeliya Sənaninin evə buraxılıb-buraxılmaması bugünkü müayinənin nəticəsindən asılıdır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O, həmkarının həyatı üçün təhlükə olmadığını söyləyib:
“Dünən yanına getmişdim, çox şən və yaxşı görünürdü. Hazırda səhhəti yaxşıdır, kritik bir şey yoxdur, vəziyyəti stabildir. Qan təzyiqi tez-tez düşür. Ola bilsin ki, böyrəkləri ilə əlaqədar belə problemlər yaşanır. Ona görə də həkimlər böyrəklərinin müalicəsinə başlayacaq”.
S.Hüseynova xalq artistinin bu gün evə buraxılacağı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“5-i və 6-sı həftəsonuna düşdüyü üçün dərindən müayinəsi bu gündən başlayacaq. Ola bilsin ki, bir-iki günə evə buraxılacaq. Onun infarkt olması təsdiqlənmir. Hər şey bu gündən asılıdır”.
Ş.Hüseynova Ofeliya Sənaninin uzun illər müalicə aldığını deyib:шаблоны для dle 11.2