Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Göyçayda evdən 4900 dollar pul OĞURLANDI

Baxılıb: 743     Tarix: 09-10-2019 10:30   

Oktyabrın 8-də Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb. İlkin ifadəsində o, törətmiş olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib.
Faktla bağlı E.Vahidov barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar