Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Onlarla “Boeing” təyyarələrində çatlar aşkarlanıb

Baxılıb: 692     Tarix: 11-10-2019 10:43   

Müfəttişlər onlarla “Boeing 737 Next Generation” tipli təyyarələrində təhlükəli çatlar aşkarlayıblar. Qüsur hər iyirminci təyyarədə qeydə alıb.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, çatlar əsasən təyyarələrin gövdəsi ilə qanadının birləşməsində aşkarlanıb. Ümumilikdə dünya miqyasında sınaqdan keçirilmiş 810 “Boeing 737 Next Generation” təyyarəsindən 38-də ciddi nasazlıqlar müşahidə olunub.
“Boeing” şirkətindən bildirilib ki, nasaz laynerlər təmirə göndəriləcək. ABŞ-da uçuşlar yerinə yetirən bütün bu təyyarələr artıq uçuşlardan kənarlaşdırılıb.
Mütəxəssislərin fikrincə, hər bir təyyarədə qüsurların aradan qaldırılması üçün orta hesabla 60 gün vaxt tələb olunacaq.
Qeyd edək ki, ümumiyyətlə, şirkət tərəfindən 7 minə yaxın “Boeing 737 Next Generation” təyyarəsi istehsal olunub.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar