Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Zaqatalada oğurluq edən keçmiş məhkum yenidən tutuldu

Baxılıb: 647     Tarix: 11-10-2019 11:51   

Zaqatala rayonunda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Qanunvehedef.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Zaqatala RPŞ-nın əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin, əvvəllər də oğurluğa görə məhkum olunmuş, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar