Xəbər lenti
29/04/2024 [15:15]
Sabaha olan hava PROQNOZU
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Öldürülən tələbə azərbaycanlı məşhurun nəvəsi imiş - FOTO

Baxılıb: 525     Tarix: 11-10-2019 12:01   

23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırmış.
Qanunvehedef.az modern.az-a istinadən xəbər verir ki, Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır. Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir. 82 yaşlı Telman Hacıyevin hazırda sağ olduğu və Bakıda yaşadığı məlumdur.Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.
Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:
"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar