Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakı türkiyəlini Niderlanda verməkdən imtina etdi

Baxılıb: 677     Tarix: 15-10-2019 14:31   

Bakı Ağır Cinayətlər Məhkəməsində türkiyəli Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.
Report-un xəbərinə görə, məhkəmə prosesində çıxış edən Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.
Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.
O bildirib ki, 2014-cü ildə onu Niderlanddan deportasiya ediblər. "1996-cı ildə evliliklə əlaqədar ora getmişəm. Həyat yoldaşım oranın vətəndaşı idi. Üç övladımız oldu. Mən orada müddətsiz oturum izni ilə yaşamışam. 2014-cü ildə məni deportasiya elədilər. Sonradan viza üçün müraciət etdim, rədd cavabı verdilər. Xanımım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandı. Biləndə ki, artıq ora qayıda bilməyəcəm, Türkiyədə özümə yeni bir həyat qurdum, nişanlanmışam, toyum olacaq. Bakıya üç günlük gəlmişdim, bir aydan çoxdur burada qalmışam. Xahiş edirəm, məni təhvil verməyin".
Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Özütürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.
Türkiyə səfirliyinin nümayəndəsi də məhkəmədə bunu təsdiqləyib.
Prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib. Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.
Məhkəmə ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.
Gökhan Öztürkə bildirilib ki, qərar qüvvəyə minəndən sonra sərbəst şəkildə Türkiyəyə gedə bilər.шаблоны для dle 11.2



Ən çox oxunanlar