Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sevinc Abbasova bu gün son söz deyəcək - FOTOLAR

Baxılıb: 727     Tarix: 24-10-2019 11:26   

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilir.
Qanunvehedef.az bildirir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasovanın vəkili Sadiq Bağırov çıxış edəcək, daha sonra prosedura uyğun olaraq Sevinc Abbasova son söz demək təklif olunacaq.
S. Abbasova prosesdən öncə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əgər ona son söz versələr, bu hüququndan istifadə edəcək.
Bunun ardınca məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxacaq. Lakin hökmün bu gün, yoxsa başqa günlərdə elan ediləcəyi hələlik bəlli deyil. Buna hakim müşavirədə qərar verəcək.
Mənbə: Qafqazinfo 



Ən çox oxunanlar
{sape_links}{sape_article}