"Nərmin kimi düşünən insanları çəkindirəcək qərar oldu"- Vəkil
Baxılıb: 665 Tarix: 24-10-2019 11:42
"İnşallah, bundan sonra inanıram ki, Nərmin kimi fikirdə olan insanlar bizim xalqın milli varlığına təhqir və böhtana dair sözlər deməzlər".
Sonxeber.az bildirir ki, bu sözlər Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə haqqında həmin məhkəmədə idmançı Araz Musayevin şikayətinə baxan vəkil Ramil Rüstəmov tərəfindən deyilib:
"Qeyd edim ki, məhkəmə yekunlaşdı, qərar verildi. Nərmin Şahmarzadə təqsirli bilinib ona 400 saat ictimai iş verildi. İctimai işə küçə süpürmək, parklarda zibillərin yığılması və digər işlər aiddir. Mən hesab edirəm ki, bu qərar tərbiyəvi əhəmiyyətli qərar oldu. Bu, Nərmin Şahmarzadə kimi insanları belə fikirlərdən çəkindirəcək qərar idi".
Qeyd edək ki, məhkəmə prosesində psixoloqu şikayət edən idmançı Araz Musayevin vəkili Ramil Rüstəmov Nərmin Şahmarzadənin 147-ci maddə ilə məsuliyyətə cəlb edilərək, 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəmişdi. Lakin bu və ya digər səbəblərdən hakim iddianı təmin etməyib və işə xitam verilib. Sonda Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar verilib. Məhkəmə işi psixoloqun üzr istəməsini nəzərə alaraq ona 400 saat müddətində islah işləri müəyyən edib.
Şəlalə Babayeva
Ən çox oxunanlar
Son xəbərlər