Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu tapıntı elm dünyasını silkələdi

Baxılıb: 862     Tarix: 25-10-2019 14:05   

Rusiyanın Komi Respublikasının Uxta bölgəsinin İjma çayı sahillərindən 372 milyon illik sümük tapılıb.
Teleqraf.com xəbər verir ki, arxeoloqlar qalıqların Devon erasından qaldığını bildirib.
Elm adamlarına görə, quruda yaşayan ilk canlılar bu dövrdə yaranıb.
Su həyatından quruya keçən canlılar təkamül prosesi ilə dünyada yeni dövrün başlamasının əsasını qoyub. Bununla bağlı elm adamlarının əllərində çox az dəlillər var, bu baxımdan rusiyalı arxeoloqların kəşfi yeni sübutların ortaya çıxarılmasına yol aça bilər.
Məlumata görə, skelet qalıqlarının üzərində araşdırma aparan alimlər bunun indiki timsaha oxşadığını, lakin 372 milyon il əvvələ aid olduğunu açıqlayıb. Onurğalılar növünün ilk nümunəsi olduğu deyilən sümüklərin çıxarılması üçün uzun müddət cəhdlər edilib.
Kəşfə dünya mediasında geniş yer verilib.
Mühafizə altına alınan sümüklərin üzərində uzun müddət araşdırma aparılacağı və yeni nəticələr əldə ediləcəyi halda, dünya ictimaiyyətinə açıqlama veriləcəyi bildirilib.



Son xəbərlər
{sape_links}{sape_article}