Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda avtomobil qaçıran şəxslər saxlanıldı

Baxılıb: 624     Tarix: 28-10-2019 11:44   

İstintaq tədbirləri davam etdirilir
Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb.
Avtomobilin qaçırılması hadisəsi oktyabrın 14-də paytaxtın Nəsimi rayonu, A.Məhərrəmov küçəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü F.Əliverdiyevə məxsus "Niva" markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisəni törədən şəxslər avtomobili Suraxanı rayonunun Bülbülə qəsəbəsində saxlayaraq qaçıblar.
Nəsimi Rayon Poilis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Şəki rayon sakini, 1992-ci il təvəllüdlü N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıb.
Onların ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, həmin şəxslər 1989-cu il təvəllüdlü Ə.Rəhimovla birgə oktyabrın 10-da R.Xəlilova məxsus avtomobili də qaçırıblar.
Faktla bağlı şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar