Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Abutalıbov getdi: İmanov nə edəcək?

Baxılıb: 828     Tarix: 29-10-2019 10:00   

“Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, əməkdar artıst Tahir İmanov illərdir ki, Hacıbala Abutalıbovu çox uğurlu parodiyası ilə tamaşaçılarda maraq doğurmağı bacarırdı. Maraqlıdır, H.Abutalıbov Baş nazirin müavini vəzifəsindən azad edildikdən sonra T.İmanov “əsas obrazını” davam etdirmək niyyətindədirmi? Yoxsa, artıq fərqli “hədəf” müəyyənləşdirib?
Kult.az-un bu yöndən suallarını cavablandıran Tahir İmanov bildirib ki, hazırda komandasının konsert vermək barədə planları olmadığı üçün bu məsələ ətrafında düşünməyib.
“Mənim hələ sənətimlə bağlı yaxın gələcəkdə heç bir planım yoxdur. Hazırda başqa işlərlə məşğul oluram. Buna görə, Hacıbala Abutalıbovu yenidən parodiya edib-edəcəyimiz barədə fikir söyləmək çətindir. Konsert haqda da düşünmədiyimiz üçün hansı məmuru parodiya edəcəyimizi deyə bilməyəcəyəm. Gərək nə isə planda olsun ki, biz bu məsələnin detallarını araşdıraq”, - əməkdar artist bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Baş nazirin müavini Hacıbala Abutalıbov vəzifədən azad edilib.шаблоны для dle 11.2