Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bakıda FACİƏ: Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Baxılıb: 864     Tarix: 30-10-2019 10:11   

Bakıda bir ailə dəm qazından zəhərlənib.
Bu barədə Qanunvehedef.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün saat 05:22-də Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvünün dəm qazından zəhərlənməsi barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub. Dərhal Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi, 48 ünvanına həkim briqadası göndərilib. Bir ailənin 4 üzvü - ata 35 yaş, ana 32 yaş, övladları, 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.
Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar