Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İstanbuldan Bakıya gələn qadın alt paltarında qızıl gətirdi - FOTOLAR

Baxılıb: 648     Tarix: 31-10-2019 14:32   

Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qanunvehedef.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Daha sonra həmin şəxs əşyalarını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən yenidən saxlanılıb. Xanım vətəndaş sorğu-sual zamanı üzərində gömrük nəzarətinə bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş heç bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub.
Həmin bükümlərdə isəqızıldan hazırlanan,bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır. 


шаблоны для dle 11.2



Ən çox oxunanlar