Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İTV-nin təbliğatı: “roza” və “qlükoza”... – Açıqlama

Baxılıb: 753     Tarix: 01-11-2019 11:20   
Bəzən dövlət tərəfindən maliyyələşən televiziya kanallarında səsləndirilən söz və ifadələr, eləcə də efirə gedən kadrlar və ya mahnıların səviyyəsi ictimai qınağa səbəb olur. Nəzərə alsaq ki, bu kanalların maliyyəsi dövlət tərəfindən qarşılanır, onda həmin TV-lərin bu kimi hallara diqqət etməsi nəinki zəruridir, həm də öhdəlikdir.
Bir qədər əvvəl “Qlükoza” adlı mahnının “İctimai” radioda səsləndirilməsi də haqlı narazılıq doğurub. Sözügedən mahnı bayağı olması ilə bərabər, mahnının mətnində rus sözünün də işlənməsi əsas gətirilərək, belə musiqi parçalarının dövlət tərəfindən maliyyələşən “İctimai” radioda efirə getməsinin yolverilməz olduğu bildirilir.
Məsələ ilə bağlı Qanunvehedef.az-a danışan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, bayağı mahnıların efirlərdə səslənməsi hazırda ən problemli məsələlərdən biridir:
“Sovet dövründə Bədii Şura var idi və həmin şura mahnının həm musiqisinə, həm də sözlərinə ciddi nəzarət edirdi. Amma indi belə mahnılar haradan və necə gəlir, bəlli deyil. Sədri olduğum Yayım Şurası verilişlərə və mahnılara nəzarət edib, hər hansı bir qadağa qoymaq səlahiyyətində deyil. Biz belə qüsurlar olanda onu qeyd edib, rəhbərliyə bildiririk və televiziya rəhbərliyi də bu tənqidləri çox dəqiq şəkildə araşdırıb, tədbirlər görür. Mən qeyd olunan mahnı ilə bağlı da qeydləri götürdüm və bunu televiziyanın rəhbərliyinə bildirəcəyəm. Həmin mahnı dəqiq şəkildə araşdırılacaq və yayıma uyğun olmadığı aydınlaşdıqdan sonra hesab edirəm ki, rəhbərlik tərəfindən yayımdan qaldırılacaq”.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı isə bildirib ki, “90FM” ümumi dinləyici kateqoriyalarına xitab etmək, həm də vokal və instrumental incəsənətlə məşğul olan ifaçıların böyük əksəriyyətini əhatə etmək məqsədi ilə bütün janrlarda ifa edən müğənnilərlə əməkdaşlıq edir:
“Lakin biz hər zaman dinləyicilərin tənqidlərinə xüsusi önəm vermişik. Həmkarlarımız qeyd olunan “Qlükoza” adlı mahnı ilə bağlı dinləyicilərin iradını nəzərə alaraq, həmin musiqi parçasını yenidən təftiş edəcək və yayım qaydalarını pozan hər hansı fakt aşkarlanarsa, radiomuzda səslənməsi qadağan olunacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar