Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İntihar anonsu verib anasını gözü yaşlı qoyan 14 yaşlı Rəqsanə tapıldı

Baxılıb: 737     Tarix: 06-11-2019 12:40   
Bakıda valideynlərinin dava-dalaşından baş götürüb evdən gedən 14 yaşlı Rəqsanə tapılıb.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü Rəqsanə Zəlimxan qızı Manafova 31 oktyabr tarixində saat 15.00 radələrində Biləcəridə yaşadıqları evi tərk etmişdi.
Rəqsanənin anası Gülər xanım qızının axtarışına ATV-nin "BizimləSən" proqramında çıxıb. Ana qızının evdən gedərkən ona məktub buraxdığını deyib. Məktubda "Ana, məni bağışla. Bu həyat mənlik deyil. Artıq bezdim" yazılıb.
Qızının intihar etdiyini düşünən gözü yaşlı ana "BizimləSən" proqramında qızına qovuşub. Rəqsanə studiyaya gətirilərkən vəziyyəti yaxşı olmayıb.
Rəqsanənin evdən getməsinə, intihar barədə düşünməsinə səbəb atasının içki düşkünü olması, mütəmadi olaraq evdə dava salması olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar