Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanıldı

Baxılıb: 742     Tarix: 07-11-2019 09:49   

Bakıda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Yasamal rayonu Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.
Naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürməklə hadisə yerindən qaçıb. Zərərçəkən bu barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyini boyunbağını satdığını bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsi etmələri xahiş olunur.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar