Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Dostunu pis yoldan çəkindirmək istəyən polis bıçaqlandı - TƏFƏRRÜAT

Baxılıb: 685     Tarix: 21-11-2019 11:43   

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Qanunvehedef.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.
Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib.
Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E. İsmayılov K.Ağayevi bıçaqlayıb.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, bıçaqlanan K.Ağayev mühafizə polisinin əməkdaşı olub.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar