Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bakıda qardaş "sözünə baxmayan" bacısını bıçaqladı

Baxılıb: 670     Tarix: 27-11-2019 11:17   

Bakıda bacısını öldürməyə cəhddə təqsirli bilinən Baba Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"ÖLkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Fikrət Qəribovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində baş berib. 
24 yaşlı Əliyev Baba Vaqif oğlu 26 yaşlı bacısı Sahibə Əliyevaya hücum edib. O, bacısının qarın nahiyəsinə dörd bıçaq zərbəsi vurub.
Xoşbəxtlikdən xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək ümükün olub.
Cinayəti törətməkdə şübhəli bilinən Baba Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. 
Məlumata görə, B.Əliyevin bacısı dənizə getmək istəyib. Lakin B.Əliyev buna etiraz edib. Tərəflər arasında mübahisə düşüb. Bu zaman B.Əliyev "sözünə baxmayan" bacısını bıçaqlayıb.
B.Əliyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}